AZ

Biləsuvarda şəkər çuğunduru yığımı başlayıb, bu il məhsuldarlıq ötənilkindən çoxdur 

Biləsuvar rayonunda şəkər çuğundurunun yığımına başlanılıb.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, bu il 445 hektar sahədə şəkər çuğunduru bitkisi əkilib. Ötən il isə bu rəqəm 198 hektara bərabər olub.

Hazırda sahələrdən 9 933,6 ton məhsul əldə olunub və orta məhsuldarlıq 479, 9 sentner təşkil edir.

Şəkər çuğundurunun məhsuldarlığı ötən il hektara 265,9 sentner olub.

Hazırda sahələrdən məhsulun yığımı davam etdirilir.

Seçilən
45
13
far.az

10Mənbələr