Qəzza zolağında ölənlərin sayı 41 mini ötüb.
“Far.Az” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“2023-cü ilin oktyabrından bu yana İsrailin Qəzzadakı əməliyyatları nəticəsində ölənlərin sayı 41 206 nəfərə çatıb, 95 337 nəfər yaralanıb”, – qurum bildirib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.