"Real" rəhbərliyi müdfiəçisi Dani Karvahalın müqaviləsini uzadmaq fikrindədir.
QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
32 yaşlı müdafiəçinin 2025-ci ilin yayında başa çatacaq müqaviləsi daha bir mövsüm artırılacaq.
İspaniya millisinin üzvü 2013-cü ildən "Real"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 422 matçda iştirak edib, 13 qol vurub, 64 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun dəyəri 12 milyon avrodur.