AZ

Mikayıl İsmayılovun AzGranata-sı barədə cənab Vilayət Eyvazova MÜRACİƏT


NUH.az-a  AİİB-in sədri Eyyub Hüseynovun Daxil İşlər Naziri cənab Vilayət Eyvazova müraciəti daxil olub. Müraciəti olduğu kimi dərc edirik.


                                M Ü R A C İ Ə T  

 

Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova 

Hörmətli  Vilayət müəllim !

“Azad İstehlakçılar”  İctimai Birliyinə  ( AİİB ) Ağsu rayonu, S.R.Rzayev küçəsi, ev 3/5 ünvanında yaşayan Məmmədov Zaur ( mob. tel ) ərizə ilə  müraciət edərək Ağsu rayonunda  yerləşən “AzGranata” MMC-də standartlara uyğun olmayan, insan həyatı üçün təhlükəli olan  spirtli içkilər istehsal olunduğunu AİİB-ə göndərdiyi teleqram müraciətində bildirmiş və AİİB-in sədrinə telefon zəngi edərək daha  geniş məlumat vermişdir. İstehlakçı təhlükəli spirtli içkilər  istehsal edən zavodda araşdırma aparılmasını tələb edir.

Xahiş  edirəm, AİİB-ə müraciət  etmiş Məmmədov Zaurun qaldırdığı məsələnin araşdırılması və görülmüş tədbirlərin nəticəsi barədə AİİB-ə məlumat verilməsinə dair göstəriş verəsiniz.

Qoşma: 1, Teleqram  1 səhifə

Səmimi hörmətlə,

AİİB-in sədri:  Eyyub Hüseynov

19.08.2024

Redaksiyadan: Ölkə mediasında “ AzGranata” MMC-nin SOCAR-ın sabiq vitse - prezidenti Mikayıl İsmayılovun nəzarətində olması barədə kifayət qədər yazılıb və təkzib olunmayıb.

Qarşı tərəfin mövqeyini dərc  etməyə hazırıq.

NUH.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
nuh.az

1Mənbələr