"Rusiya qurbağanın zəif odda qaynar suda hazırlanma strategiyasına son qoymaq qərarı verib..."
Rusiya SSRİ-nin dağılmasından sonra Uzaq Şərq regionlarının birində nüvə sınağı keçirə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya rəhbərliyi ABŞ və Avropa İttifaqının Ukraynaya Qərb silahı ilə Rusiyanın dərinliklərinə hücum etməyə icazə verməyə hazır olması barədə məlumatlar dalğasından son dərəcə narazıdır. Cavab addımı olaraq Rusiya İranın nüvə silahlanmasına dəstək verə bilər.
Lakin bu, yeganə imkan deyil. Agentliyin ekspertləri digər, həm də daha əlçatan olan cavab addımının Rusiya ərazisində nüvə sınaqlarının keçirilməsi olacağını hesab edir. Güman edilir ki, belə sınaqlar Uzaq Şərq regionlarından birində keçirilə bilər.
1990-cı ildən, SSRİ-nin dağılmasından bir il öncədən Rusiya nüvə sınaqları keçirməyib. Lakin Rusiya rəhbərliyi artıq çoxdan anladır ki, "nüvə doktrinasını dəyişməyə" hazırdır.
Bu, Rusiyanın "çirkli bomba" və ya taktiki nüvə silahından istifadə edəcəyi ilə bağlı həyəcan doğurub. Bu zaman Rusiya özünü regional münaqişənin nüvə müharibəsinə çevrilməsini istəməyən "məsuliyyətli böyük dövlət" kimi göstərmək istəyir.
Belə davranış bu yaxınlaradək sərgilənib. Lakin Ukraynanın Qərb silahı ilə Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə icazə alacağı ərəfədə Rusiyanın mövqeyi sərtləşib.
Kremlin sabiq müşaviri Sergey Markov özünün "Telegram-kanal"ında yazıb ki, "Rusiya qurbağanın zəif odda qaynar suda hazırlanma strategiyasına son qoymaq qərarı verib".
Onun bu sözləri Rusiyanın Ukrayna və Qərb ölkələri üçün dəqiq və birmənalı qırmızı xətləri müəyyən etdiyinin siqnalı ola bilər.
Uzaq Şərqdə nüvə sınaqlarının keçirilməsi nüvə münaqişəsinin törədilməsi riski olmadan belə xətlərin müəyyən edilməsi strategiyasına zidd olmaya bilər.
Qərbə digər mümkün cavab variantı Qərb ölkələrinin düşmənlərinə, məsələn, Yəməndə husilərə müasir və keyfiyyətli silah tədarükü olacaq.