100-dən çox insan hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının qurucusu Bidzina İvanişvilinin 2008-ci il münaqişəsi ilə bağlı bəyanatına qarşı Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirir.
Publika.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Toplaşan vətəndaşlar İvanişvilinin bir gün əvvəl Qori şəhərində verdiyi açıqlamaları tənqid edirlər.
O, eks-prezident Saakaşvilini kənardan gələn sifarişlə Cənubi Osetiyada müharibəyə başlamaqda ittiham edib və deyib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra müharibənin qızışdıranları və gürcü-osetin dostluğunun məhv edilməsində günahkar olanların hamısı mühakimə olunacaq və ən sərt hüquqi cavabı alacaq.
"Gürcüstan 2008-ci ildə Saakaşvilinin qurduğu Vahid Milli Hərəkat partiyasının osetiyalı qardaş və bacılarımızı müharibə alovuna bürüdüyünə görə üzr istəməyə özündə güc tapacaq", - İvanişvili deyib.