Misli Premyer Liqasının VI turunda "Sabah" "Turan Tovuz" ilə heç-heçə etdi - 2:2.
Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Krunoslav Renduliç mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qarşılaşma haqda bunları söylədi:Ə
"Əvvəlcə o qeyd etmək istəyirəm ki, "Turan Tovuz" yaxşı komandadır. Amma oyun keyfiyyətimizdən aşağı çıxış etdik. Daha aqressiv və səbirli oynamalı idik. Azarkeşlər yaxşı oyun izlədi. Hər iki komanda qol vura bildi. Fanatlar gözəl oyuna şahidlik etdilər. 3 xal götürmək istəyirdik. Heyf ki, alınmadı".