ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.
Bu barədə \"Reuters\" Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.
Hələlik digər təfərrüatlar açıqlanmır.
Öz növbəsində, Konqresin Nümayəndələr Palatasının üzvü, respublikaçı Marjori Taylor-Qrin \"X” sosial şəbəkəsində hadisəni şərh edib: \"Tramp başqa bir cəhd cəhdindən sonra salamat. Onu öldürməyə çalışırlar. Onlar Trampa qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər\", - o yazıb.
Xatırladaq ki, iyulun 14-də də ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Tramp qulağından yaralanıb.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.
///Report