AZ

Krunoslav Renduliç: "1 xala da məmnun olmalıyıq"

"Turan Tovuz" həqiqətən də çox yaxşı komandadır. Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının VI turunda "Turan Tovuz"la qeydə alınan heç-heçəni şərh edib: "İlk yarıda daha səbrli və aqressiv oynamalıydıq. Azarkeşlər bu gün yaxşı oyun izlədilər. Hər iki komanda qalib gəlmək istəyirdi. 3 xal qazanmaq arzusunda idik. Amma oyundan sonra 1 xala da məmnun olmalıyıq. Daha çox topa sahib olmaqlarını istəyirdim. Bəzi məqamlarda daha yaxşı oynamalıydıq. Qola qədər ardıcıl 5 səhvimiz var idi. Təkcə müdafiəçini günahlandıra bilmərik. Yaxşı reaksiya vermədik".

Qeyd edək ki, "Sabah" "Turan Tovuz"la iki dəfə hesabda önə keçsə də, oyun heç-heçə bitib - 2:2.

İdman.biz

Seçilən
22
4
idman.biz

9Mənbələr