Bu gün Bakı metrosunun fəaliyyətində fasilə yaranıb. Bu üzdən "Həzi Aslanov - "İçərişəhər" istiqamətində hərəkət edən qatar metronun "Ulduz" stansiyasında 6 dəqiqə gözləməli olub.
Yenisabah.az-ın məlumatına görə, hərəkətin dayanmasına səbəb metro qatarlarında yaranan nasazlıq olub. "Yeni Sabah"ın qatarda olan əməkdaşı maşinistin nəqliyyat vasitəsini hərəkətə gətirmək üçün bir neçə dəfə cəhd etdiyinin şahidi olub. Bu cəhdlərin uğursuz olması sərnişinlər arasında təşviş yaradıb. Yalnız 6 dəqiqə sonra qatarı hərəkətə gətirmək mümkün olub.
Nəticədə "Həzi Aslanov - "Dərnəgül" istiqamətində hərəkət edən qatarın qrafikində gecikmə qeydə alınıb.
Metropoliten rəsmilərinin hadisə ilə bağlı açıqlama verəcəyi gözlənilir.