AZ

Ağırlıqqaldırma: Azərbaycan birinciliyi və çempionatı başa çatdı

Gənclər arasında təşkil olunmuş ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və böyüklər arasındakı Azərbaycan çempionatı başa çatıb.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda 100-ə yaxın atlet qüvvəsini sınayıb.

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində keçirilən yarışda yeni Azərbaycan çempionları bəlli olublar.

Kişilər arasında Amin Osmanov (55 kq), Dəniz Cabbarlı (61 kq), Ravin Alməmmədov (89 kq) və Nurlan Məmmədzadə (96 kq) həm böyüklərdə, həm gənclərdə, Yunis Bayramov (67 kq), Qasım İsmayılov (73 kq) və Orxan Zöhrabzadə (81 kq) gənclərin yarışında hamıdan güclü olublar. Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq), Ömər Cavadov (81 kq), Mürsəl Quliyev (102 kq), Əli Şükürlü (109 kq) və Dadaş Dadaşbəyli (+109 kq) isə böyüklər arasında Azərbaycan çempionu olublar.

Qadınlarda isə Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında ölkə çempionu olublar. Lalə Əzizli (59 kq) böyüklərdə fərqlənib. Milena Hüseynli (59 kq) də təkcə gənclər arasında birinci yeri tutub.

Komanda hesabında uğur qazanan kollektivlər Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən pul mükafatına layiq görülüblər. Gənclər arasında Azərbaycan birinciliyində bütün rəqiblərini aşkar üstələyən Qazax kollektivinə 5 min manat mükafat verilib. İkinci olan “Təhsil” RİM-in Bakı şəhəri üzrə yığması 3 min, üçüncü olan Gəncə komandası isə min manat əldə edib.

Böyüklər arasında da Qazax komandası hamıdan güclü oub. Bu kollektivə 10 min manat mükafat təqdim edilib. İkinci olan Lənkəran komandası 5 min, üçüncü pillədə qərarlaşan Sumqayıt komandası isə 3 min manat qazanıb.

Seçilən
26
14
arena.az

10Mənbələr