“Ukrayna münaqişəsi Tehran və Brüssel arasında münasibətlərin inkişafını çətinləşdirib. İran və Avropa arasında əlaqələri normallaşdırmağın bir yolu ola bilər”.
Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. O, vurğulayıb ki, Ukrayna məsələsi Avropa ilə münasibətlərimizi çətinləşdirib: ” Ukraynada baş verənlər və avropalılar Rusiyadan gələn təhlükəni hiss ediblər. Bu, İranla münasibətlərdə problemlər və yeni çətinliklər yaradıb”.
İran Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Avropa Tehranın regionda təhlükəsizlik problemləri ilə “su altında qalacağını” gözləməməlidir. Əraqçi qeyd edib ki, İran və Avropa ölkələri arasında bir-birinə hörmət əsasında danışıqlar aparmaq Brüssel və Tehran arasında fikir ayrılıqlarını aradan qaldıracaq, həmçinin İran və Aİ-nin narahatlıqlarını müzakirə etməyə kömək edəcək.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Qeyd edək ki, sentyabrın 12-də İran Xarici İşlər Nazirliyi Böyük Britaniya, Fransa, Hollandiya və Almaniya səfirlərini İrandan Rusiyaya hərbi yardım etdiyi iddiası ilə bağlı ölkələrinin bəyanatlarından sonra çağırıb.
//Gülnarə Abasova, Editor.az