AZ

"Universal Metal"ın satışdan gəliri 2 dəfədən çox artıb, Şirkət zərərdən mənfəətə keçib

"Universal Metal" QSC 2023-cü ili 157 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 708 min manat xalis zərər ilə bağlamışdı. 

Marja.az xəbər verir ki, "Universal Metal"ın əsas əməliyyat gəlirləri (satış) 2022-ci ildə 2 milyon 91 min manat ikən, 2023-cü ildə 4 milyon 660 min manata yüksəlib (2 milyon 569 min manat və ya 2,2 dəfə artıb).

Qeyd edək ki, 2000 manat nizamnamə kapitalı olan "Universal Metal" QSC-nin qanuni nümayəndəsi (sədri) Əmirov Zaur Zahir oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev ev 26, m.836Ş 1950-1989-cu məhəllədir.  

Əmirov Zaur Universal Metal
Seçilən
9
marja.az

1Mənbələr