AZ

“YAŞAT” Fondu “Məktəbli ləvazimatları” layihəsini yenidən reallaşdırıb

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin tərəfdaşlığı, “Nar”ın baş sponsorluğu ilə yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a verilən məlumata görə, hədiyyə qutusuna çanta, termos, qələm qabı, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, stikeri, kağız yapışdırıcı, flomaster, rəngli karandaş, qayçı və pozan dəsti, stolüstü lampa, qeyd kitabçası daxildir.

Respublikanın bütün ərazisi üzrə 792 şəhidin 1365 məktəbli övladına hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Qutulardan 38-i Naxçıvan Muxtar Respublikasında yaşayan məktəbli şəhid övladlarına təqdim edilib. Ümumilikdə məktəblilərin 755-i oğlan, 610 nəfəri isə qızdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
8
herbiand.az

9Mənbələr