AZ

Azərbaycan TDT-yə üzv ölkələrin iqtisadiyyatına 20 milyard dollar dan çox investisiya yatırıb

Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrlə ticarət dövriyyəsi 9 milyard ABŞ dollarını ötüb. Bu ölkələr Azərbaycan iqtisadiyyatına 18,2 milyard dollar, Azərbaycan isə bu dövlətlərə 20,3 milyard dollar investisiya qoyuluşu həyata keçirib.

Energetika Nazirliyinin məlumatına görə, bu barədə nazir Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nin enerji nazirlərinin dördüncü iclasında çıxış edərkən deyib.

Enerji sahəsində əməkdaşlıq türk dövlətləri arasında əlaqələrin strateji sütunu kimi dəyərləndirilib. Bildirilib ki, Azərbaycan - Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir.

Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub. Bu il gözlənilən 25 milyard qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropaarasında birləşdirici roluna bir sübutdur.

Seçilən
16
7
vergiler.az

8Mənbələr