Sosial şəbəkələrdə də müəyyən kombinasiyalar qurmaq səyləri olub.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, o görüntülərdə elə təəssürat yaranır ki, guya pozuntu var: “Buna vaxt itirən tərəflərə çatdırın ki, vaxt itirməsinlər. Biz bunu araşdırırıq. O yola əl atanlara hansı şəkildəsə məsuliyyətləri başa salınmalıdır. Bunlar qanunauyğun addımlar deyil. Bizim o prosesə nə qədər vaxtımız gedir. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır”.