AZ

Bu məntəqə seçki komissiyaları buraxılacaq

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında buraxılması təklif edilən məntəqə seçki komissiyaları məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. 

13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı, 80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin mümkünsüzlüyü səbəbindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilir.

Qeyd edək ki, 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermə nəticələri ləğv olunsa da, Məntəqə Seçki Komissiyası buraxılmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
15
qafqazinfo.az

10Mənbələr