AZ

Hüquq və İnsan Haqları İnstitutu hüquqşünasları təlimə dəvət edir

Hüquq və İnsan Haqları İnstitutu 27 sentyabr 2024-cü il tarixində "Ətraf mühitin mühafizəsi və Avropa Məhkəməsinin presedent hüququ" mövzusunda yarımgünlük təlim təşkil edir. Təlimdə İnstitutun təcrübəli təlimçi-ekspertləri təqdimatlarla çıxış edəcək.

QHT.az xəbər verir ki, təlimə hüquqşünaslar, vəkillər, mediatorlar, ədliyyə işçiləri və hüquq təhsili alan tələbələr dəvət olunur. Təlimin əsas mövzuları arasında ekoloji təhlükəsizliyin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulan zərər, bioloji müxtəlifliyin qorunması və Avropa Məhkəməsinin presedent hüququ yer alır.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. İştirak etmək istəyənlər 23 sentyabr 2024-cü il, saat 12:00-dək öz CV-lərini INFO@LHRİ.AZ elektron ünvanına göndərə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
qht.az

1Mənbələr