AZ

BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub » AzadMedia.az

      
Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinə yeni rəhbər təyin olunub.
Səbinə Novruz qızı Ömərova 1976-cı il noyabrın 10-da Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bakalavriat səviyyəsini “Biologiya” ixtisası, 1999-cu ildə magistratura səviyyəsini “Biokimya” ixtisaslaşması üzrə fərqlənmə ilə bitirib. Biologiya üzrə fəlsəfə doktoru, dosentdir.
1998-2002-ci illərdə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant, 2002-2014-cü illərdə müəllim, 2014-2022-cü illərdə Biologiya fakültəsinin tədris işləri üzrə dekan müavini işləyib. 2016-cı ildən Biofizika və biokimya kafedrasında dosent kimi çalışır.
O, “Erasmus Mundus” proqramının layihələri çərçivəsində 2014-cü ildə Fransanın Bolonya şəhərində tədrisin təşkili, 2015-cü ildə İspaniyanın Korunya Universiteti, 2016-cı ildə Çexiyanın Karlova Universitetində tədqiqat metodları, 2016-cı ildə isə Almaniyanın Berlin şəhərində Avropanın aparıcı universitetlərində tədrisin təşkilinə dair təlimlər keçib.
Səbinə Ömərova 2009-cu ildən Dövlət İmtahan Mərkəzinin (DİM) ekspertidir. 2012-ci ildə magistraturaya qəbul proqramlarının təkmilləşdirilməsində, test bankının yaradılmasında və zənginləşdirilməsində xidmətlərinə görə DİM-in Fəxri Fərmanı ilə təltif olunub.
O, 90-dan çox elmi əsərin, 1 dərslik, 3 dərs vəsaitinin müəllifidir. 30-dan çox beynəlxalq elmi konfransda məruzələrinin tezisləri çap olunub.
Seçilən
22
11
azadmedia.az

10Mənbələr