Donald Trampın keçmiş iqtisadi müşaviri Qari Kon, FED-in uçot dərəcələrini azaltma qərarı ilə bağlı bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Qari Kon, FED-in bu həftə uçot dərəcələrini azaltma qərarının ipoteka bazarına və ya kredit kartı maliyyələşməsinə təsir etməyəcəyini söyləyib:

“Fed-in bu həftə uçot dərəcələrini aşağı salmağa başlamasının təsirli olacağını düşünmürəm. Fikrimcə ipoteka bazarında və ya kredit kartının maliyyələşdirilməsində heç bir fərq olmayacaq”.

Hal-hazırda “International Business Machines”də vitse-prezident olan Kon, kredit kartları ilə bağlı qanun pozuntuları artdıqca istehlakçıların böyük təzyiq altında olduğunu bildirib.