“Liverpul”un sabiq futbolçusu Deyan Lovren karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, PAOK 35 yaşlı müdafiəçini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lovrenlə 2 illik müqavilə imzalanıb.
Xorvatiyalı futbolçu son olaraq “Lion”da çıxış edib. O, bundan əvvəl Rusiyada “Zenit”, İngiltərədə isə “Liverpul”da forma geyinib.
“Qalatasaray”ın futbolçusu İspaniya yolunda
“Real”dan Karvaxal qərarı
Hakiminin taleyinə aydınlıq gəlib
Ronaldo Çempionlar Liqası matçını buraxacaq
Messi "840"a çatdı