AZ

Trampı öldürmək istəyənRut kimdir?- VİDEO

Artıq şübhəli şəxs saxlanılıb. Bu, Rayan Uesli Rut adlı şəxsdir. Xarici KİV yazır ki, Rut Rusiyanın Ukraynaya hücumundan sonra sosial şəbəkələrdə Ukraynaya aktiv şəkildə dəstəyini ifadə edirmiş.

Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
CNN yazıb ki, Rutun sosial şəbəkələrdəki paylaşımları anti-Rusiya xarakter daşıyıb: "O, 2022-ci ildə gündə onlarla paylaşım edərək Ukraynaya güclü şəkildə dəstəyini ifadə edib. Rut hətta bu mübarizədə ölməyə hazır olduğunu yazıb. Hətta paylaşımlardan birində "biz Kremli məhv etməli, yandırmalıyıq” yazıb".

Bundan başqa, Uesli Facebook-da əcnəbilərə də çağırış edib. Ukrayna tərəfdarı olan amerikalı hər kəsi Kiyev tərəfində müharibədə iştirak etməyə çağırıb. Rut həmçinin özünü Ukrayna hakimiyyətinin “qeyri-rəsmi əlaqələndiriçisi” də adlandırıb və Əfqanıstandan olan əsgərləri Ukrayna uğrunda döyüşməyə təşviq edib.

Qeyd edək ki, bu son bir neçə ayda Donald Trampa qarşı ikinci sui-qəsd cəhdidir.

Siyasətçi dünənki insidentdən sonra ABŞ Məxfi Xidmətinə, eləcə də yerli hüquq-mühafizə orqanlarına təşəkkür edib. O, Truth sosial şəbəkəsində Amerika hüquq-mühafizə orqanlarının əməkdaşlarının effektli faliyyəti ilə bağlı fikirlərini bölüşüb: “Ən əsası, mən ABŞ Məxfi Xidmətinə, Şerif Rik Bredşouya və onun cəsur, fədakar vətənpərvərlər komandasına, eləcə də bütün hüquq-mühafizə sisteminə inanılmaz işlərinə görə təşəkkür etmək istəyirəm”.

Tural Tağıyev
AzVision.az

Qalereya



Seçilən
21
1
azvision.az

2Mənbələr