AZ

Azərbaycan millisinin Çexiya ilə oyunlar üçün yekun heyəti

style='margin-bottom:10px;'>

Sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

QOL.az xəbər verir ki, baş məşqçi Vitali Boriov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq. Komanda sabah səhər saatlarında Bakı-Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə yollanacaq.

Millimizin heyəti: Emin Kürdov, Vladislav Reznov (hər ikisi "Araz-Naxçıvan"), Kamran Hacıyev ("Baku Fire"), Emil Həsənzadə, Xəzər Ağalızadə, İlham Əliyev, Ülvi Əliyev (hamısı - "Araz-Naxçıvan"), Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Murad Quluzadə (hamısı - "Baku Fire"), Mirzə Əmirov, Eldar Zeynalov (hər ikisi – “Neftçi”).

Seçilən
41
13
teleqraf.com

10Mənbələr