Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti daha bir iri məbləğli tenderə yekun vurub.
FED.az xəbər verir ki, həmin tenderdə Xocavənd rayonu, Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.
12 milyon 933 min 442 manat dəyərində tikinti-quraşdırma işləri “İnşaatçı-Neftçi” MMC-yə həvalə olunub.