AZ

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

14 iyul 2023-cü il tarixdə “Dövlət satınalmaları haqqında” yeni qanun qəbul edildi. Maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi prinsiplərini rəhbər tutan yeni qanun 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minib.

Bəs bu qanun əsas məqsədi nədir və üstünlükləri nədir?

Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli "Operativ Media"ya bildirib ki,  antiinhisar və rəqabət ölkə iqtisadiyyatının əsəsını təşkil edir:

"Antiinhisar və rəqabətlilik bütün ölkələrdə gözlənilməli olan ən vacib məqamlardan biridir. Bu iqtisadiyyatın təməlini təşkil edir. Satınalma elə bir sahədir ki, bir çox halda problemlər məhz burada yaranır. Dövlət hansısa işin görülməsi üçün müəyyən sifarişlər edir. Daha sonra həmin sifarişlərdə korrupsiya elenmentleri ilə qarşılaşırıq. Bu qanun bu prosesi tənzimləmək üçün yaradılıb.

Daha açıq desək, şirkətlər ayrı-ayrı dövlət qurumları ilə əlaqəya girib, şifarişləri əldə edirlər. Bu da öz növbəsində müəssisələr arasında rəqabətə təsir edir. Əgər eyni məhsulu idxal edən bir neçə şirkət varsa, amma şifarişi yalnız bir şirkət alırsa, əlbəttə bu ölkənin rəqabət mühitinə təsir edir. Bu da müəyyən korrupsiya elementidir.

Bu halların qarşısının alınması üçün dövlət müvafiq tədbirlər həyata keçirir. “Dövlət satınalmaları haqqında” qanunvericilikdə bu proses haqqında qanunlar yer alır. Ona görə də dövlətimiz satınalma prosesində şəffaflığın ən üst səviyyədə olması üçün addımlar atır. Ölkəmiz xarici sahibkarlar müvafiq şərait yaradır ki, yerli sahibkarlarla eyni hüquqa malik olsunlar. Dövlət sifarişlərində iştirak etsinlər. Bu addım xarici şirkətlərlə münasibətlərə müsbət təsir göstərir".

O, “Dövlət satınalmaları haqqında” qanunda edilən dəyişikliyin daha yaxşı və keyfiyyətli məhsul təklif edən şirkətin fəaliyyətini stimullaşdırılmasına yönəldiyini bildirib:

 “Dövlət satınalmaları haqqında” qanunda edilən dəyişiklik daha yaxşı və keyfiyyətli məhsul təklif edən şirkətin fəaliyyətini stimullaşdırır. Amma keyfiyyətsiz məhsul və xidmət təklifi şirkəti sıradan çıxarır. Ona görə də şirkətlər fəaliyyətini təkminləşdirməyə yönəlməlidir. Bunun üçün dövlət müəyyən tədbirlər görür. Amma bu qanunvericilik elə bir sahəyə məxsudur ki, mütamadi şəkildə təkminləşdirilməsinə ehtiyac var.

Bu gün sahibkarlar elə “alətlərdən” istifadə edirlər ki, bu rəqabət mühitinə mənfi təsir göstərir. Ona görə də bu sahədə tez-tez monitoriqlər aparılmalıdır. “Dövlət satınalmaları haqqında” qanunvericiliyi daha da təkminləşdirmək lazımdır. Bu sahə ölkə iqtisadiyyatının əsasını təşkil edir. Bu gün biz ölkədə həm yerli, həm də xarici investorların çoxalmasını istəyiriksə, bu sahədə tam şəffaf mühit formalaşdırmalıyıq. Reytinq təşkilatlarına baxsaq, Azərbaycanın bu sahədə getdikcə irəliləyiş əldə etdiyinə şahid olarıq”.

Qanunla buradan tanış ola bilərsiniz.

Seçilən
24
operativmedia.az

1Mənbələr