Ağdamın Xıdırlı kəndində tikinti-quraşdırma işlərinə 12.340.737,24 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi isə "VS ENERJİ SERVİS" MMC-dir.
Qalibşirkət Xıdırlıda sahədaxili mühəndis-kommunikasiya sistemləri üzrə (PTM, KTM, yüksək və alçaq gərginlik xətləri və rabitə xətləri) tikinti-quraşdırma işlərini icra edəcək.
Qalib şirkət dövlət qeydiyyatına 2011-ci il alınıb və nizamanmə kapitalı 10 manatdır.
Hazırda Ağdamda 66 binanın tikintisinə başlanılıb.
Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı

www.anews.az