AZ

BP TAP-dakı 20 %-lik qeyri-nəzarət payını "Apollo" fonduna satır

 BP Azərbaycandan Avropaya qazın tədarük edildiyi əsas Trans-Adriatik Qaz Boru Kəməriində 20 %-lik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın TAP-dakı qeyri-nəzarət payını qlobal aktiv fondu olan "Apollo"ya 1 milyard ABŞ dollara satmağa razılaşıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən "Apollo Global Management" (APO.N) məlumat yayıb.

BP-nin məlumatına görə, müqavilədən əldə edilən gəlir BP-nin nizamlı maliyyə çərçivəsinin bir hissəsi olan 2-3 milyard ABŞ dollarlıq digər gəlirlər hədəfinə töhfə verəcək.

“Biz investorlarımıza sabit pul vəsaitlərinin hərəkəti profilinə malik sənayenin aparıcı infrastruktur aktivinə uzunmüddətli çıxışı təmin edəcək saziş üzrə BP ilə tərəfdaşlıq etməkdən məmnunuq. Bu, BP-yə nəzarəti saxlamaq və kapitalın səmərəliliyi strategiyasını həyata keçirmək kimi məqsədlərinə nail olmaq imkanı verir”, - “Apollo”nun tərəfdaşı Lesli Mapondera bildirib.

Bizim WhatsApp kanalımıza abunə olun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
missiya.az

5Mənbələr