AZ

Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa Azərbaycana işgüzar səfərə gəlib.

"Far.Az" xəbər verir ki, bu barədə qubernator teleqram kanalında məlumat verib.

O qeyd edib ki, Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsini müzakirə edib.

Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əlizadə ilə görüşdə Kaluqa vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

“Əsas müzakirə mövzusu regionumuzun kiçik və orta biznes nümayəndələrinin Azərbaycan biznesi ilə əməkdaşlığının inkişaf perspektivləri ilə bağlı olub. Biz Kaluqa vilayətinin investisiya və iqtisadi potensialının təqdimatını da keçirdik”, - qubernator qeyd edib.

V.Şapşa xatırladıb ki, Kaluqa şirkətləri Azərbaycana kağız məmulatları, motor yağları, döşəmə və divar örtükləri, tibbi avadanlıqlar, ərzaq və digər məhsullar ixrac edir.

“Biz ticari-iqtisadi əməkdaşlığımızı genişləndirməyə hazırıq. Kaluqa iş adamları azərbaycanlı həmkarları ilə tərəfdaşlığa böyük maraq göstərirlər. Bu işdə onlara kömək etmək üçün bütün imkanlardan istifadə edirik. Biz daha fəal əməkdaşlıq üçün birbaşa əlaqələrin qurulmasında Azərbaycan Ticarət və Sənaye Palatasının dəstəyini almışıq”, - o vurğulayıb.

Seçilən
12
2
far.az

3Mənbələr