AZ

“Qaçqınkom” Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər haqqında videoçarx hazırlayıb VİDEO

“Qaçqınkom”

Bakı, 16 sentyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 15 sentyabr - Bilik günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblər haqqında videoçarx hazırlayıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli, Şuşa şəhər 1 nömrəli, Xocalı şəhər 1 nömrəli, Laçın şəhər 2 nömrəli tam orta məktəblərin, həmçinin Laçın rayonunun Zabux və Sus kənd, Ağdərə rayonunun Talış kənd və Zəngilan rayonunun Ağalı kənd tam orta məktəblərinin görüntüləri, şagirdlərin ilk dərs gününə hazırlıq, məktəbə yola düşmələri, tənəffüs və dərs prosesi öz əksini tapıb.

Qeyd edək ki, 2024-2025-ci il tədris ilində Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə, Laçın rayonunun Sus kənd tam orta məktəbində və Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilk dəfə tədrisə başlanılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
15
azertag.az

10Mənbələr