AZ

Tbilisidə “Kreml diktaturasına yox!” aksiyası keçirilib

Yayımlandı: 16 Sentyabr 2024 15:46 İvanişvilinin fikirləri narazılıq yaradıb Sentyabrın 15-də Gürcüstan parlamenti qarşısında “Kreml diktaturasına yox!” şüarı ilə aksiya keçirilib. Parlament binası önünə toplaşanlar “Gürcü Arzusu”na, xüsusən də Gürcüstan tərəfini 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsini başlatmaqda ittiham edən fəxri sədr Bidzina İvanişviliyə etirazlarını bildiriblər. Aksiya iştirakçılarından biri, “Dapioni” Gənclər Hərəkatının lideri Zviad Tsketladze bildirib: “Bizim oliqarx Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış şəhid qəhrəmanlarımızın ruhuna tüpürüb, eyni zamanda Vətən uğrunda sağlamlığını, həyatını və hər şeyini riskə atmış veteranları, canlı qəhrəmanları təhqir edib. Evdə qalıb buna reaksiya verməməyimiz, bununla bağlı etiraz aksiyası keçirməməyimiz mümkün deyildi. Hər kəsin çıxması son dərəcə vacibdir. Bu, konkret hansısa qrupun etirazı olmayacaq, layiqli cəmiyyətin, ləyaqətli millətin etirazı olacaq”. Mitinqdə müxalifət nümayəndələri də iştirak edib, onların arasında “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Levan Tsutskiridze də olub. “Mən İvanişvilinin bəyanatını eşidən və onu alqışlamaq istəyən bir nəfər də olsun real vətəndaş tanımıram. Mən bura qəzəbli vətəndaş kimi gəlmişəm. Mən həmrəylik üçün gəlmişəm. Gürcüstanda Rusiyanın maraqlarına deyil, xalqın mənafeyinə xidmət edən hakimiyyət olmalıdır”, – deyə Tsuskiridze bildirib. Senyabrın 14-də “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili gürcü tərəfini 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinə başlamaqda ittiham edib və buna görə osetin qardaş və bacılarından üzr istəyəcəyini vəd edib. Meydan TV

Seçilən
41
1
xural.com

2Mənbələr