100-dən çox vətəndaşın pulunu ələ keçirməkdə şübhəli bilinənlər saxlanılıblar - VİDEO
Bakıda müxtəlif vaxtlarda işə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilibBildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər:"Araşdırmalarla müəyyən olunub ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “whatsapp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq zərərçəkənlərin pul vəsaitlərini ələ keçiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb, Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər."
Xəbərin oxunma sayı :
76
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta