AZ

Ştutqartda Azərbaycan icması ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Almaniyanın Ştutqart və ətraf şəhərlərində yaşayan Azərbaycanicması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşAzərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi vəölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əzizxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri GünayMirzəyevanın moderatorluğu ilə keçirilən görüşdə öncə NuranAbdullayev çıxış edərək rəhbərlik etdiyi Almaniya AzərbaycanlılarıAlyansının fəaliyyəti barədə məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovölkəmizin diaspor siyasəti barədə danışıb, Ümummilli Liderinəsasını qoyduğu bu siyasəti Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Görüşdəkomitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, KoordinasiyaŞuraları, həftəsonu məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələrivə digər böyük layihələr barədə geniş məlumat verilib.

Daha sonra Azərbaycan diasporunun fəaliyyəti, eləcə dəAzərbaycanın Qarabağ zəfərini əks etdirən videoçarxlar nümayişolunub.

Günay Mirzəyeva çıxışında rəhbərlik etdiyi mərkəzin fəaliyyətinidiqqətə çatdırıb, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasındaölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzolunmazxidmətlərindən danışıb.

Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədr müavini,italyan bəstəkarı və mədəni tədbirlər üzrə təşkilatçı FrançeskoMacco öz çıxışında Azərbaycana sevgisini ifadə edib, ölkəmizəsəfəri və unudulmaz xatirələri barədə söz açıb.

İrəvan xanının varisi, mühəndis Əmir Əli Sərdari İrəvani tarixiekskurs edərək İrəvan xanının Azərbaycan tarixindəki rolunuxatırladıb, eyni zamanda bu gün xaricdə yaşayan azərbaycanlılaragöstərilən qayğıya görə dövlətimizə təşəkkürünü bildirib.

İcma üzvü, musiqiçi Nigar Sultanova çıxışında icma fəaliyyətinindaha da genişlənməsi üçün təkliflərini səsləndirib.

Görüş maraqlı fikir mübadiləsi və sualların cavablandırılmasıilə davam edib.

İcma üzvləri Almaniyada fəaliyyət göstərən diasportəşkilatlarının fəaliyyətini müsbət qiymətləndirib, belə görüşlərinxaricdəki azərbaycanlıların həmrəyliyinin möhkəmlənməsinə əvəzsiztöhfə olduğunu bildirib, Ştutqartda Azərbaycan Evinin açılması iləbağlı arzularını dilə gətiriblər.

Görüş mədəni proqramla yekunlaşıb.

Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Ştutqartda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
az.trend.az

5Mənbələr