AZ

Bankdan kredit götürərkən hansı məqamlara diqqət edilməlidir?

Bakı. Trend:

Kredit götürmək ciddi maliyyə qərarlarından biridir və düzgünplanlaşdırılmadıqda gələcəkdə maliyyə çətinliklərinə səbəb olabilər. Bu qərarı verərkən diqqətli olmaq və hərtərəfli təhlilaparmaq vacibdir. Aşağıda kredit götürərkən diqqət etməli olduğumuzəsas məqamları sizin üçün izah edirik:

1. Maliyyə Vəziyyətinizi Dəqiq Təhlil Edin!

Kredit götürmədən öncə öz maliyyə vəziyyətinizi obyektiv şəkildətəhlil etməyiniz vacibdir. Gəlir və xərclərinizi nəzərdən keçirin,mövcud borclarınızı, məcburi ödənişlərinizi də bu təhlilə daxiledin. Əgər borcunuzu ödəyə bilməyəcəyiniz vəziyyət yaranarsa, bu,ciddi maliyyə çətinliklərinə və hətta kredit borcunungecikdirilməsinə gətirib çıxara bilər. Aylıq gəlirinizin sabitolub-olmadığını və qəfil xərclərə qarşı nə qədər dayanıqlıolduğunuzu yaxşıca düşünün.

2. Müxtəlif Kredit Şərtlərini MüqayisəEdin!

Bazar araşdırması aparmaq və müxtəlif kredit təkliflərinimüqayisə etmək önəmlidir. Faiz dərəcələri, ödəniş müddətləri vəəlavə xərclər baxımından fərqli bankların təkliflərini gözdənkeçirin. Daha aşağı faiz dərəcələri və daha uzun ödəniş müddəti,ilkin olaraq, daha rahat görünsə də, uzunmüddətli baxımdan ümumiödənişləri artıra bilər. Şərtləri dərindən başa düşmək və doğruseçim etmək gələcək maliyyə yükünüzü yüngülləşdirə bilər.

3. Kredit Həyat Sığortası əldə edin!

Gözlənilməz hadisələr qarşısında özünüzü və ailənizi maliyyəcəhətdən qorumaq üçün "Kredit Həyat Sığortası" əldə etmək mühüm biraddımdır. Bu məhsul ölüm və ya əmək qabiliyyətini itirmə kimihallarda, kredit borcunuzun ödənilməsini təmin edir. "Kredit HəyatSığortası" məhsulu ailənizin maliyyə yükünü yüngülləşdirərək,onları borcunuzu ödəmək məcburiyyətindən qoruyur. Kredit müddətindəgözlənilməz hadisələrə qarşı bu cür sığorta məhsulundan istifadəedərək, ailənizi maliyyə çətinliyindən qoruya bilərsiniz.

"Kredit Həyat Sığortası" ilə bağlı ətraflı məlumatı buradan əldəedə bilərsiniz: https://pasha-life.az/products/kredit-h-yat-sigortasi/

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
az.trend.az

6Mənbələr