Rusiya BMT baş katibinin Liviya üzrə yeni xüsusi nümayəndəsinin tezliklə təyin olunmasını tələb edir.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Bədr Abdel Ati ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Lavrov bildirib ki, bu vəzifə uzun müddətdir boşdur.