AZ

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

 

Təhsil Tələbə Krediti Fondundan Sfera.az-a verilən xəbərə görə, tələbə krediti üçün ümumilikdə 54 min 65 nəfər müraciət edilib.

 

Onlardan 41 min 268 nəfərə kredit verilib. 14 min 231 nəfərə sosial, 27 min 37 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

 

Məlumata görə, müraciətlərin 917-si natamam olub, 10 min 267 müraciətə isə imtina verilib.

 

Firuzə Əliyeva

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
5
sfera.az

10Mənbələr