AZ

"Formul 1"ə görəbağlanan yollaraçıldı

Son 8 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra 24 saat ərzində bütün yol məhdudiyyətləri aradan qaldırılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Lent.az-a verilən məlumata görə, 13-15 sentyabr tarixlərində baş tutmuş "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024 ərəfəsində bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez, bugündən sürücülərin istifadəsinə verildi. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq paytaxt Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırıldı.

Həmçinin, sentyabrın 16-dan 17-dək, 1 gün ərzində Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton bloklar aradan götürülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
50
valyuta.az

10Mənbələr