Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 15.04.2024-cü il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2024-cü il tarixdə saat 18:00-da başa çatdırılacaq.
Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə edə bilər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.