AZ

Cəbrayılın bu kəndi 4,1 milyon manata günəş panelləri ilə - TƏMİN OLUNACAQ

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində evlərin və sosial obyektlərin alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz edilməsi ilə bağlı açıq tenderə yekun vurub.

FED.az xəbər verir ki, təchizat işləri "Helind Enerji" MMC-yə həvalə edilib.

Qalib şirkətə bun üçün 4 milyon 60 min 28 manat ödəniləcək.

Seçilən
19
1
fed.az

2Mənbələr