Cəbrayıl rayonunun Şükürbəyli kəndindəki evlər və sosial obyektlər alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz ediləcək.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu hazırlıqlara başlayıb.
Fond təchizat işlərini "Helind Enerji" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və şirkətlə 4,06 milyon manat dəyərində olan müqavilə bağlayıb.
Xatırladaq ki, bundan əvvəl Laçın rayonunun Bəylik yaşayış məntəqəsindəki evlər və sosial obyektlərin də günəş panelləri ilə təchiz edilməsi nəzərdə tutulub.