“Gəncə” voleybol klubu daha bir rusiyalı voleybolçu ilə anlaşıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Marina Tuşova ilə birillik müqavilə bağlayıb.
Son olaraq Filippinin “Capital1 Solar Spikers” komandasında çıxış edən 19 yaşadək voleybolçular arasında Avropa çempionatının qızıl mükafatçısı Fransanın “Vandoeuvre Nansi”, “İstres” və İsveçrənin “Valtra” klublarının da şərəfini qoruyub. O, öz ölkəsində “Sparta”, “Saxalin”, “Primoroçka”, “Dinamo" (Krasnodar), “Fakel” və digər komandalarda forma geyinib.
Qeyd edək ki, “Gəncə” klubu buna qədər yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova, braziliyalı Kerolayn Ferreira Perotto və bolqarıstanlı Nikol Dulevanı heyətinə qatıb.
"Gəncə" braziliyalı voleybolçu ilə anlaşıb
Çimərlik voleybolçularımız Türkiyəyə yollanıb
Rusiyalı voleybolçu "Gəncə"də
Millimiz üzvü İsrailə yollanıb
Türkiyədə voleybolçu evində ölü tapılıb