AZ

"Klubların transfer siyasəti qaneedici səviyyədən çox uzaqdı" - menecer

Misli premyer-liqasında yay "transfer pəncərəsi" bu gün bağlanacaq. Bu günə qədər bütün komandaların heyətində mühüm dəyişikliklər qeydə alınıb.

Bəs alğı-satqı prosesi çempionatımızın güclənməsinə səbəb olubmu? Klubların seleksiya xidməti qaneedici səviyyədədimi?

Bu suallarla menecer Tural Əsgərliyə müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:

"Çempionatımız gücləndimi? Bunu irəlidə görəcəyik. Rəqabətin səviyyəsi ötən il də, ondan əvvəlki il də yaxşı idi. Bəlkə bu dəfə daha güclü olacaq. İki zəif uşaq dalaşanda da biri digərindən üstün ola bilər. Və ya bərabərsəviyyəli olduqlarından rəqabətə şahidlik edə bilərik. Komandaların gücünün artıb-artmadığını göstərən yeganə ölçü vahidi avrokuboklardı. Və həmin turnirlər göstərdi ki, yenə sadəcə, "Qarabağ" var. "Zirə" bizi yaxşı mənada təəccübləndirdi. Amma klublar belə uğurları müntəzəm təkrarlamalıdı. Bunun yaşanıb-yaşanmayacağını öyrənmək üçün növbəti yay fəslini gözləməliyik. Klubların transfer siyasətinə gəlincə, məncə, səviyyə qaneedici deyil. Komandaları tək-tək təhlil etmək fikrində deyiləm. Lakin ümumilikdə qaneedici səviyyədən çox uzaqdadılar. Həvəskar demək istəmirəm, ancaq yarıpeşəkar səviyyədədilər".

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
football-plus.az

1Mənbələr