Bakı. Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Bakıdakı"Formula 1" həftəsonu ilə bağlı paylaşım edib.
Trend bu barədə bazar ertəsixəbər verir.
""Formula 1"-də olmaq və bütün bu hadisəni reallaşdıran möhtəşəminsanlar və komandalarla tanış olmaq inanılmaz bir təcrübə idi.Bakı şəhəri bu həftəsonu tamamilə dəyişdi. Baku City Circuit,İçərişəhərin divarlarını əhatə edir və sonra tam sürətlə Xəzərdənizi boyunca irəliləyir", - paylaşımda deyilir.
Səfir, Azərbaycanın bu ilin noyabrında COP29-a ev sahibliyiedəcəyini qeyd edərək, davamlı yanacaq texnologiyalarının inkişafıvə idmanda 2030-cu ilə qədər sıfır emissiya hədəfinə çatmaq kimimühüm mövzulara diqqət yetirildiyini vurğulayıb.
"Bu yaradıcı təkan, innovativ texnoloji inkişaf və davamlıinkişafın diqqəti, hökumətimizi 2030-cu ilə qədər sıfır karbonemissiyası ilə enerji təminatı sisteminin yaradılması missiyasınıhəyata keçirməyə ilhamlandırır. Bu, həyəcanverici bir həftəsonu idivə 'Formula 1' və britaniyalı komandalarımızın həm trasda, həm dətras xaricində sərhədləri genişləndirdiyini görmək üçünsəbirsizliklə gözləyirəm", - Ferqus Old.