Bakı, 16 sentyabr, AZƏRTAC
Tio Biznes Məktəbi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində “İstedad” təqaüd proqramı üzrə 2024-2025-ci tədris ilində beynəlxalq tələbələrə Niderlandda təhsil imkanı təklif edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramına müraciət oktyabrın 10-dək davam edəcək.
Proqram barədə ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.