Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində əməliyyatın ikinci mərhələsinə başlayıb.Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Defense Express” informasiya şirkətinin direktoru Sergey Zqurets məlumat verib.“Qoşunlarımız Kursk əməliyyatının ikinci mərhələsinə başlayıb. Ruslar hücuma başlayanda Ukrayna Silahlı Qüvvələri də əks-hücuma start verib. İndi Müdafiə Qüvvələri ən azı üç istiqamətdə - Qluşkovski rayonu, Korenevedən qərbdə - Snaqistdə irəliləyir. Söhbət həm də Vesele və Medveje yaşayış məntəqələrindən gedir, qüvvələrimiz bu ərazilərdə hücuma başlayan rus qruplarına əks-həmlələr edir”, - Zqurets bildirib.Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna qoşunlarının irəliləyişini dayandırmağa və maddi-texniki təminatını çətinləşdirməyə çalışır:“Biz isə əksinə, potensialımızdan istifadə edərək bu sahədə düşmənə ciddi təhlükələr yaradırıq. Bu isə onu göstərir ki, bölgədə vəziyyət kifayət qədər dinamik olacaq. İşğalçıları bundan sonra da təəccübləndirməyə, digər tərəfdən isə onları cəbhənin bu hissəsində son dərəcə əlverişsiz vəziyyətə salmağa imkan verən qüvvə və vasitələrimiz var”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta