Xanım sərnişinə “gəl qabaqda yanımda otur...“ dedi, həbs olundu - TƏFƏRRÜAT
Xanım sərnişinə "gəl qabaqda yanımda otur..." dedi, həbs olunduGəncədə xanım sərnişinə "gəl qabaqda yanımda otur, söhbət edək" deyən taksi sürücüsü həbs edilib.Qaynarinfo-nun məlumatına görə, taksi sürücüsü kimi fəaliyyət göstərən 2000-ci il təvəllüdlü V.B. xanım sərnişinə qarşı etdiyi hərəkətlərə görə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 5 gün müddətinə həbs olunub.Belə ki, Gəncədəki apteklərin birində əczaçı işləyən R.M. adlı xanım sərnişin Goranboya getmək üçün V.B.-nın avtomobilinə əyləşib. Bir az getdikdən sonra taksi sürücüsü sərnişinə "gəl qabaqda yanımda otur, söhbət edək" deyib. R.M. isə cavabında "siz taksi sürücüsüsüz, mənimlə belə rəftar edə bilməzsiz" cavabını verib.Sürücü sərnişinin sözlərinə məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirib. O, saat 23.00 radələrində avtomobili Gəncə Qapısının yaxınlığında yolun ortasında saxlayaraq, R.M.-nı maşından düşürüb. Qadın sürücü barəsində polisə şikayət edib. Təqsirləndirilən şəxs isə sərnişinlə mübahisənin söz üstündə deyil, 10 manatlıq gediş haqqına görə baş verdiyini iddia edib.
Xəbərin oxunma sayı :
100
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta