AZ

Almaniya qanunsuz miqrasiya ilə mübarizə məqsədilə quru sərhədlərində nəzarəti genişləndirdi

Almaniya qanunsuz miqrasiya ilə mübarizə məqsədilə quru sərhədlərində nəzarəti genişləndirdi

Almaniya Avstriya, İsveçrə, Çexiya və Polşa sərhədlərində başladığı nəzarətləri bir müddət Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarkanı da əhatə edəcək şəkildə genişləndirdi.Almaniya Daxili İşlər Nazirliyi buna səbəb kimi qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni göstərib.Nazirlik sərhəd nəzarətinin Almaniya ilə bu ölkələr arasında gediş-gəliş edənlərin gündəlik həyatına, ticarətinə və səyahətinə mümkün qədər az təsir göstərməsi üçün səylərin göstəriləcəyini bildirib.Nazirlik həmçinin öz saytında nəzarətlərlə bağlı suallar kataloqunu dərc edib. Müvafiq olaraq, səyahət edənlərdən və sərnişinlərdən şəxsiyyət vəsiqəsi və ya pasport kimi sənədləri özləri ilə götürmələri xahiş olunur.Şengen zonasındakı nəzarətlər Aİ Komissiyasına bildirilməlidir. Almaniya bunu 2025-ci il martın 15-nə qədər olan zaman üçün tətbiq edib.Almaniya indiyədək həyata keçirdiyi sərhəd nəzarəti zamanı 30 min insanın ölkəyə girişinin qarşısını alıb və sərhədlərdə 1300-dən çox qaçaqmalçı yaxalanıb.Qeyd edək ki, ötən ilin oktyabrından Almaniyanın Polşa, Çexiya və İsveçrə ilə sərhədlərində nəzarət var. Avstriya sərhədində qeyri-qanuni miqrasiyaya əsaslanan nəzarət 2015-ci ildən həyata keçirilir.Almaniya Parlamentinin Federal Polis məmuru Uli Qrötsch "Deutschlandfunk"a verdiyi açıqlamada hazırda nəzarətin həyata keçirildiyi 2400 kilometrə 1200 kilometr əlavə ediləcəyini və bunun üçün daha çox personala ehtiyac olduğunu bildirib.

Seçilən
9
1
afn.az

3Mənbələr