AZ

İran Rusiyaya raket tədarükünü rədd edir

İran Rusiya ilə əməkdaşlığa və ticarətə davam edir, lakin onu heç bir raketlə təmin etməyib.

Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk mətbuat konfransı zamanı deyib.

“Biz Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gələndən heç bir silah ötürülməyib”, - deyə bildirib.

Prezident əlavə edib ki, İran həmişə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub. “Rusiya niyə müharibəyə başladı, soruşun ki, NATO öz sərhədlərini niyə genişləndirmək istəyir?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
8
operativmedia.az

9Mənbələr