Mişel Barnye gələcək hökumətini formalaşdırmaq məqsədilə keçirdiyi məsləhətləşmələr çərçivəsində Bruno Retayo, Loran Vokye və Jerar Larşe ilə yenidən görüşür, lakin Emmanuel Makron "öz adamlarının taleyindən narahat qalır."
"Le Depeche"nin yazdığına görə, "Respublikaçılar" (Les Républicains, LR) Partiyasının güclü təsirə malik olduğu bir icra hakimiyyəti "işləməyəcək" deyə "Demokratik Hərəkat" (Mouvement démocrate, MoDem) Partiyasının lideri Fransua Bayru BFMTV-yə açıqlama verib. Hazırda "respublikaçı" baş nazir yeni hökumətin bu həftə parlamentdə etimadsızlıq səsverməsindən yayınmaq üçün formalaşdırılması üzrə məsləhətləşmələrini davam etdirir.
MoDem-in rəhbəri Mişel Barnyenin "hiper-azlıq partiya seçiminə qapanacağını" düşünmədiyini bildirib. Lakin o xəbərdarlıq edib ki, əgər hökumət "Respublikaçılar" tərəfindən idarə olunarsa "Demokratik Hərəkat" bu hökumətdə iştirak etməyəcək, çünki onların cəmi 47 deputatı var. MoDem-in Milli Assambleyadakı fraksiyasının sədri Mark Feno isə "bu miqyasda bir qrup öz siyasətini təkbaşına tətbiq edə bilməz" - deyə "La Tribune Dimanche" qəzetinə verdiyi açıqlamada bəyan edib.
Mərkəzçi siyasətçilər öz mövqelərini ifadə ediblər. Xüsusilə də "respublikaçı" millət vəkillərinin çərşənbə günü hökumətə qoşulmağa yaşıl işıq yandırmasından sonra baş nazir cümə axşamı Ansi şəhərində (Yuxarı Savoy vilayəti ) parlamentdə "Respublikaçılar" tərəfindən qızğın qarşılandı. Hökumətə daxil olmaq üçün Loran Vokye, Bruno Retayo, Annni Jenevar kimi əsas liderlərinin adları hallanır və onlar bazar ertəsi yenidən Matinyonda gözlənilirdi.
Baş nazirin apardığı məsləhətləşmələrdən çox az məlumat bazar günü sızdı. Daxili İşlər naziri Jerald Darmanen şənbə günü görüşdən sonra Mişel Barnyer bazar günü Olimpiya Oyunları çərçivəsində görülən işlərə görə təşəkkür etmək məqsədilə müdafiə naziri Sebastyan Lekornyu ilə görüşdü.
Politico-nun məlumatına görə, Yelisey Sarayı guya "Barnyenin işinə qarışmır", lakin Emmanuel Makronun yaxın adamı onun "həmişə öz tərəfdarlarının taleyindən narahat olduğunu" təsdiqləyib.
Fransua Bayru kimi Emmanuel Makron da parlament güc balansını əks etdirən bir hökumət istəyir.
Respublikaçılardan bir senator isə hökumət üzvlərinin "dörddə biri və ya üçdə biri"ni tələb edərək daxili İşlər, ədliyyə və maliyyə nazirlikləri arasında "ardıcıllıq" gözlədiyini bildirib - baxmayaraq ki, onların hamısı "respublikaçılar"dan deyillər.
Emmanuel Makron çox çalışsa da, öz çoxluğundan olan şəxsləri hökumətə daxil etməyə razı salmağa müvəffəq olmayıb.
Bxmayaraq ki, bəzi şəxslər bunu çox istəmir.
Xüsusilə Qabriel Attal və onun müttəfiqləri, Politico-ya görə, "ehtiyatlı mövqedədir". Makronun yaxın dairəsindəki bir şəxs isə keçmiş baş nazirin "çox ehtiyatlı olduğunu" bildirib. Lakin bu, Qabriel Attal ilə Mişel Barnye arasında olan soyuq hakimiyyət təhvil-təslimindən sonra gözlənilən haldır.
Prezident düşərgəsinə "həvalə edilmiş" Xarici İşlər Nazirliyi bir çox sualların mərkəzindədir. Jerard Darmanin adı bu nazirlik ətrafında dolaşırdı. Lakin Mişel Barnye ilə görüşdükdən sonra Politico-nun məlumatına görə, Darmanin bu vəzifədən imtina edib. Bunun səbəbi isə Emmanuel Makronun kifayət qədər dəstək verməməsi idi. Jerald Darmanin və Qabriel Attal çox vaxt daxildə rəqib olsalar da, Mişel Barnierə qarşı ortaq müxalifət mövqeyi tutmağa başlayıblar.
"Onlar öz fərqlərini unudublar. Onların ortaq bir hədəfi var", - deyə Emmanuel Makronun yaxın adamı bildirib.
Orxan Hun
Milli.Az