AZ

"Turan Tovuz"un üçüncü qolu niyə sayılmadı?

Misli Premyer Liqasının VI turunun "Sabah" – "Turan Tovuz" oyununda Tovuz təmsilçisinin üçüncü qolu sayılmayıb. Matc.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker bu epizodla bağlı açıqlama verib: "Sabah" – "Turan Tovuz" oyununun 90+4-cü dəqiqəsində "Turan Tovuz" komandasının künc zərbəsi zamanı köməkçi hakim qapı xətti üzərində, künc bayrağının arxasında dayanmışdır. Köməkçi hakimin mövqeyi düzgün idi. O, künc zərbələri zamanı həmin mövqedə olmalıdır. Oyun künc zərbəsindən bərpa olunan zaman köməkçi hakim topun meydanı tərk etdiyini görür və hücüm bitdikdən sonra bayrağını qaldıraraq, baş hakimə işarə verir. (Var Protokoluna əsasən, yan xətt hakimi hücum yekunlaşdıqdan sonra bayrağı qaldırmalıdır.) Baş hakim işarəni görüb qapıdan zərbə qərarını verir. Qapı xətti üzərində kamera olmadığına görə (görüntü olmadığına görə), VAR hakimi verilən qərarı təsdiqləyir. Yekunda köməkçi hakimin verdiyi qərarı baş hakim və VAR təsdiqləyir. VAR yalnız aşkar səhv olduqda müdaxilə etməlidir". Qeyd edək ki, "Sabah" – "Turan Tovuz" matçı 2:2 hesabı ilə yekunlaşıb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
18
matc.az

10Mənbələr