AZ

BAMF Prezidenti Umud Mirzəyev Melissa Parke ilə görüş keçirib - FOTOLAR

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Nobel Sülh Mükafatı laureatı olan "Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya" (ICAN) təşkilatının icraçı direktoru Melissa Parke ilə görüşüb.

QHT.az xəbər verir k, insan hüquqları və beynəlxalq hüquq sahəsində tanınmış şəxs olan Melissa Parke, oktyabr ayında keçiriləcək "18-ci Dayanıqlı İnkişaf Məqsədi" ilə bağlı paralel sessiyada əsas spikerlərdən biri olmağa razılığını bildirib.

Eyni zamanda, Melissa Parke həmin tədbir zamanı BAMF-la memorandum imzalayaraq gələcək əməkdaşlıqlar üçün hazır olduğunu da vurğulayıb. Bu görüş, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində əhəmiyyətli bir əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilir.

 

Pərvanə Fərhadqızı

Seçilən
14
qht.az

1Mənbələr